Şəfəqə Doğru » Gündəm » Dörd ölkə lideri İlham Əliyevə məktub göndərdi

Dörd ölkə lideri İlham Əliyevə məktub göndərdi

Dörd ölkə lideri İlham Əliyevə məktub göndərdi
Lüksemburqun Böyük Hersoqu Anri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

"Zati-aliləri

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə şəxsi rifah, Azərbaycan xalqına isə firavan gələcəklə bağlı ən xoş arzularımı və təbriklərimi çatdırıram”.

***

Nepal Prezidenti Bidya Devi Bhandari Prezindent İlham Əliyevə təbrik məktubu göndərib.

"Zati-aliləri

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizi ürəkdən təbrik edir, Zati-alinizə cansağlığı, Azərbaycan xalqına tərəqqi və rifah arzulayıram”.

***

Rumıniya Prezidenti Klaus İohannis Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

"Cənab Prezident.

Milli bayramınız – Respublika Günü münasibətilə səmimi təbriklərimi çatdırmaqdan, Sizə və Azərbaycan xalqına xoşbəxtlik və firavanlıq arzulamaqdan böyük məmnunluq duyuram.

Rumıniya ilə Azərbaycan bir-birinə ənənəvi dostluq münasibətləri ilə sıx bağlıdır. İnanıram ki, biz birlikdə Strateji Tərəfdaşlıq Proqramı və onun həyata keçirilməsi üçün nəzərdə tutulan Fəaliyyət Planı çərçivəçində bütün sahələrdə Rumıniya və Azərbaycan arasında əməkdaşlıq imkanlarının hərtərəfli öyrənilməsinə töhfə verəcəyik.

Cənab Prezident, xahiş edirəm, Sizə olan yüksək ehtiramımı qəbul edin”.

***

Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

"Zati-aliləri

Milli bayramınız – Respublika Günü münasibətilə Sizə və qardaş Azərbaycan xalqına Əfqanıstan xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.

Son illərdə ölkələrimiz arasında dostluq əlaqələrinin inkişafı Əfqanıstan xalqının dərin sevincinə səbəb olub. Ötən ilin dekabrında Azərbaycana səfərimdən və ölkələrimiz arasında əlaqələrin və iqtisadi əməkdaşlığın, o cümlədən Lapis Lazuli Dəhlizi layihəsinin reallaşmasına dair fikir mübadiləsindən məmnunluğumu bildirirəm. Bu cür təmaslar qardaş xalqlarımızın mənafeyinə xidmət edir.

Əfqanıstan İslam Respublikası ilə Azərbaycan Respublikasının qarşılıqlı əməkdaşlıq və dostluq əlaqələrinin genişlənməsini arzu edir, Sizə möhkəm cansağlığı və müvəffəqiyyət, dost Azərbaycan xalqına tərəqqi diləyirəm”.