"Türkiyə S-400 müdafiə sistemlərinin təhvil verildiyi ilk ölkədir. Bölgəyə Rusiyadan həm S-400-lər, həm də daha müasir silahlar mütləq gələcək. Sıx əməkdaşlıq edəcəyik, bu əməkdaşlığın həcmi çox böyükdür".
Bunu Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Leonid Slutski bildirib.
Slutski S-400-lərin tezliklə regionun digər ölkələrinə də təhvil veriləcəyini qeyd edib/Axar.az.
Xatırladaq ki, ABŞ Turkiyəyə S-400 raketləri aldığı üçün sanksiya tətbiq etməyə hazırlaşır.
Belə bir məqamda Rusiyadan veilən açıqlama güc nümayişi sayıla bilər.