Şəfəqə Doğru » Gündəm » Əhməd Əhmədzadə üçün karyera yolunun sonu göründü .

Əhməd Əhmədzadə üçün karyera yolunun sonu göründü .

Əhməd Əhmədzadə üçün karyera yolunun sonu göründü .
«Meliorasiya və Su Təsərrüfatı» ASC-yə ayrılan milyardların sorğu-sualı başlayır Cəmiyyətin ləğvi məsələsi yenidən gündəmdədir Məlum olduğu kimi, ölkə başçısının imzaladığı müvafiq sərəncamla «Azərenerji» ASC ləğv edildi. Qurumun bütün səlahiyyətləri «Azərişıq» ASC-yə həvalə olunub. Yəni bu o deməkdir ki, illərdir vəzifədə oturan Etibar Pirverdiyevin adının qarşısına «sabiq məmur» sözləri əlavə edilməlidir. Qeyd edək ki, hökumət daxilində kadr islahatlarının yaxın vaxtlarda da davam etdiriləcəyi gözlənilir. Gundelik-baku.com-a daxil olan məlumatlara görə, ləğvi gözlənilən qurumlardan biri də «Meliorasiya və Su Təsərrüfatı» ASC-dir. Məlumat üçün demək istəyirik ki, bu qurumun sədri Əhməd Əhmədzadədir. O 1945-ci ildə Qax rayonunda anadan olub. 1966-cı ildə Azərbaycan Politexnik İnstitutunu bitirərək mühəndis-hidrotexnik ixtisasına yiyələnib. Əmək fəaliyyətinə 1961-ci ildə 11 saylı Bakı şəhər Tikinti İdarəsində fəhlə kimi başlayıb, 1966-cı ildə Azərbaycan Elmi-Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutunda böyük mühəndis, 1967- 1975-ci illərdə Qax Suvarma Sistemləri İdarəsində böyük mühəndis, idarənin rəisi vəzifələrində işləyib. 1993-2004-cü illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri, 2004- 2006-cı illərdə Kənd Təsərrüfatı nazirinin birinci müavini, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin baş direktoru işləyib, 2006-cı ildən Azərbaycan «Meliorasiya və Su Təsərrüfatı» Açıq Səhmdar Cəmiyyətinin sədridir. Bildiyiniz kimi, hazırda ölkəmizdə bir-birinə oxşar işləri həyata keçirən paralel qurumlar var. Hələ bir neçə ay əvvəl Əhməd Əhmədzadənin rəhbərlik etdiyi qurumun ləğv ediləcəyi və «Azərsu»ya birləşdiriləcəyi barədə məlumatlar yayılmışdı. Amma aradan bir müddət ötəndən sonra bu məsələ gündəmdən çıxdı. Bizə çatan bilgilərə görə, son vaxtlar ASC-nin yerli idarələrində üzə çıxan dəhşətli büdcə yeyintiləri və korrupsiya halları, eləcə də dövlətin bu sahəyə ayırdığı vəsaitlərin böyük hissəsinin mənimsənilməsi faktları yuxarı dairələri müvafiq addımlar atmağa vadar edib. Və bu məqsədlə ASC-nin ləğv edilərək «Azərsu»ya birləşdirilməsi məsələsi yenidən gündəmə gəlib. Yuxarı instansiyalar bu struktur dəyişikliyi ilə həm büdcə itkilərinin qarşısını almağa çalışırlar, həm də cəmiyyət sədrini zərərsizləşdirməyi planlaşdırırlar. Qeyd etmək lazımdır ki, hazırda Əhmədzadənin başçılıq elədiyi «Meliorasiya və Su Təsərrüfatı» ASC ümumilikdə 120 idarədən ibarət bir qurumdur. ASC Suvarma Sistemləri İdarələri - 48 idarə, Kollektorların İstismar İdarələri - 8 idarə, Su Anbarların, hidroqovşaqların və Magistral Kanalların İstismar İdarələri - 13 idarə, Meliorasiya İdarələri - 4 idarə, Mexaniki Suvarma İdarələri - 10 idarə, Subartezan Quyularının İstismar İdarələri - 9 idarə, Melioservis İdarələr - 23 idarə, Azmelsutəsərrüfat - ASC, Texnoloji İstehsalat və Komplektləşdirmə İdarəsi, Su Təsərrüfatı Obyektlərinin Lahiyyələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutu, Azərbaycan Elmi-Tədqiqat Su Problemləri İnstitutu, Azərbaycan Hidrotexnika və Melorasiya Elm-İstehsalat Birliyi, Hidrogeoloji Meliorativ Xidmət İdarəsi, Tikintidə olan Meliorasiya və İriqasiya Obyektlərinin Birləşmiş İdarəsini və Bəhrəmtəpə Dəmir Beton Zavodunu özündə birləşdirir. Eyni zamanda bu ASC-də 25 minə yaxın adam işləyir. İl ərzində Əhməd Əhmədzadənin rəhbərlik etdiyi qurumların ümumi dövriyyəsi 1 milyard manatı keçir. «Meliorasiya və Su Təsərrüfatı» ASC-nin tabeliyindəki idarələrin təchizat köçürmələrini araşdıranda il ərzində yüz milyonlarla manat vəsaitin dövriyyədə olduğunu görürük. 2013-cü ildə təkcə Texnoloji İstehsalat və Komkplektləşdirmə İdarəsi mal materialların alınması, traktor ehtiyyat hissələrinin, su nasos ehtiyyat hissələrinin, su nasoslarının və başqa hissələrin alınması üçün 18 milyon 132 min manat köçürmə əməliyyatı həyata keçirib. Bu qurum büdcədə nəzərdə tutulduğundan əlavə il ərzində Prezidentin ehtiyat fondundan da maliyyə ala bilir. Məsələn bir müddət əvvəl ölkə prezidentinin sərəncamı ilə büdcədə nəzərdə tutulandan əlavə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Açıq Səhmdar Cəmiyyətinə 15 milyon manat ayrılıb. Araşdırmalar göstərir ki, cəmiyyət sədri vəzifədə olduğu 10 il müddətində bu sahəyə ayrılan vəsaitlərin yetərli hissəsi ilə özünə biznes qurub, maliyyə imkanlarını artırıb. Belə ki, Əhməd Əhmədzadənin oğlu Cuma Əhmədzadə atasının sayəsində gənc yaşında biznes imperiyasının sahibinə çevrilib. Onun İngiltərə və Çexiyada 2 şirkəti - "ALPS s.r.o.”, "GYUNEL LİMİTED” fəaliyyət göstərir. Məmur oğlunun "GLOBALLY LTD” adlı daha bir şirkəti var. Bundan başqa, ASC sədri əlindəki imkanlardan istifadə edərək yaxın qohumlarını müxtəlif vəzifələrə yerləşdirib. Əhməd Əhmədzadənin bir qardaşı Mübariz Əhmədzadə hazırda Zaqatala rayon icra hakimiyyətinin başçısıdır. Zaqataladakı torpaq sahələrinin baha qiymətə satılması, tikinti biznesi, xaricdəki şirkətləri barədə xəbərlər tez-tez eşidilir. Xüsusən də, onun Kiprdə qurduğu biznes və orda satın aldığı ali təhsil müəssisəsi barədə xəbərlər xeyli vaxtdır ki gündəmdədir. Həmçinin Əhmədzadənin xalası oğlu Musa Şəkiliyev Qaxın icra başçısıdır. Bundan başqa, Qax və Zaqatala rayonlarında əsas vəzifələrdə bu məmurun yaxın qohumları təmsil olunmaqdadırlar. Bir sözlə, ASC-yə rəhbərlik etdiyi 10 il Əhməd müəllimə çox şey verib. Özəl mənbələr isə vurğulayırlar ki, onun yuxarılar qarşısında cavab verməyinin, habelə görəvdən alınmağının vaxtı çatıb. Yəqin ki, yaxın vaxtlarda cəmiyyətin ləğvi ilə bağlı rəsmi sərəncamı oxuyacağıq. Qarşı tərəfi də dinləməyə hazırıq.
Shafaqadogru.com gündelik-baku.com-a istinadən bildirir.
İstənilən məlumatdan istifadəyə yalnız gundelik-baku.com saytına istinad etməklə icazə verilir