Şəfəqə Doğru » Gündəm » Prezident qəzetlərə 1 milyon manat ayırdı - SƏRƏNCAM

Prezident qəzetlərə 1 milyon manat ayırdı - SƏRƏNCAM

Prezident qəzetlərə 1 milyon manat ayırdı - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə əlavə maliyyə yardımının ayrılması haqqında Sərəncam imzalayıb.

Shafaqadogru.com  xəbər verir ki, sərəncama görə, Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə əlavə maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 1,0 (bir) milyon manat ayrılır.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.