Şəfəqə Doğru » Gündəm » Bakıda dəhşətli qəzada xeyli uşaq yaralandı, ölənlər də var - ADLAR

Bakıda dəhşətli qəzada xeyli uşaq yaralandı, ölənlər də var - ADLAR

Bakıda dəhşətli qəzada xeyli uşaq yaralandı, ölənlər də var - ADLAR
Yaralananlardan doqquzu, ölənlərdən biri uşaqdır

Suraxanıda ağır yol qəzası zamanı 9-u uşaq olmaqla, 14 nəfər yaralanıb, 1-i uşaq olmaqla, 2 nəfər ölüb.

Shafaqadogru.com  APA-ya istinadən bildirir ki, Hövsan-Türkan yolunda 2 avtomobil toqquşub.

Qəza nəticəsində yaralılardan 1 nəfər hadisə yerində, digər sərnişin isə xəstəxanada dünyasını dəyişib.

"Mercedes” və "Nissan” markalı avtomobillərin toqquşması nəticəsində yaralananlar 3 saylı şəhər xəstəxanasına yerləşdiriliblər.

1983-cü il təvəllüdlü Həşimov Natiq Bilal oğlu, 1987-ci il təvəllüdlü Fərziyeva Rahidə Eldar qızı, 1989-cu il təvəllüdlü Əsgərzadə Nübar Nurəddin qızı, 1989-cu il təvəllüdlü Xudaverdiyeva Kifayət Aydın qızı, 5 yaşlı Xudaverdiyeva Leyla Əjdər qızı, 8 yaşlı Fərzizadə Hüseyn Etibar oğlu, 2009-cu il təvəllüdlü Selcan Sultanova, 8 yaşlı İsgəndərova Zümrüd, 1 yaşlı Məhəmməd Salmanov və 17 yaşlı Hidayət Bəhramov müxtəlif bədən xəsarətləri alıblar.

1979-cu il təvəllüdlü Xudaverdiyev Əjdər Firuz oğlu hadisə yerində dünyasını dəyişib. 13 yaşlı Musayev Əli Laçın oğlu isə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində cinayət işi başlanılıb.