Şəfəqə Doğru » Gündəm » Kürəkəni tərəfindən yandırılan qayınananın son durumu

Kürəkəni tərəfindən yandırılan qayınananın son durumu

Kürəkəni tərəfindən yandırılan qayınananın son durumu

Şəmkirdə kürəkəni tərəfindən yandırılan 54 yaşlı Səltənət Məmmədovanın vəziyyəti kritik olaraq qalır. 

Shafaqadogru.com  "Qafqazinfo”ya istinadən xəbər verir ki, həkimlərin bildirdiyinə görə, yanıq xəsarətləri 4-cü dərəcəli, yəni dərin nekrozlaşmış olduğundan müalicədə hər hansı bir irəliləyiş əldə etmək mümkün olmur. 

Onun səhhətinin vəziyyətinin yaxşılaşdırılması istiqamətində səylər davam etdirilir.

Xatırladaq ki, hadisə 1 neçə gün öncə Şəmkirdə Sarıtəpə kəndində qeydə alınıb. Mətanət Məsimova həyat yoldaşından boşanaraq 2 yaşlı övladı ilə atası evində qalırmış. Elə yanğını da Mətanətin boşandığı şəxs törədib. Belə ki, gecə saat 3 radələrində Dəllər Cəyir kənd sakini Elmar adlı şəxs benzinlə keçmiş arvadının yatdığı otağa daxil olub və evi yandırıb. Yanğın zamanı evdə olan 2017-ci il təvəllüdlü Məmmədov Nicat Elmar oğlu ölüb. Hadisədən bir gün sonra Mətanət Məsimova özü də xəstəxanada vəfat edib.