Sudanda tayfalararası toqquşmalar insan təlafatına gətirib çıxarıb. "Qafqazinfo”nun məlumatına görə, bu barədə "Sudan Tribune” nəşri yazıb.
An-Nuba və Beni-Amer tayfaları arasındakı silahlı toqquşmalar Port-Sudan şəhərində baş verib. Nəticədə 37 insan ölüb, 200-dən çox yerli sakin xəsarət alıb.
Kütləvi hücumlar səbəbindən Qırmızı dəniz əyalətində fövqəladə vəziyyət elan olunub. Əyalət quberantoru və təhlükəsizlik xidmətinin rəisi istefaya göndərilib.