Şəfəqə Doğru » Gündəm » Tramp Gürcüstana qadın səfir göndərir

Tramp Gürcüstana qadın səfir göndərir

Tramp Gürcüstana qadın səfir göndərir
ABŞ prezidenti Donald Tramp ölkənin Gürcüstandakı səfir postuna Kelli Deqnanın (Kelly C. Degnan) namizədliyini irəli sürüb.

"Report”un Gürcüstan bürosu xəbər verir ki, K.Deqnan hazırda ABŞ Hərbi Dəniz Qüvvələri rəhbərliyinin Avropa və Afrika üzrə siyasi məsləhətçisidir.

Səfir vəzifəsinə namizədin diplomatik missiyalarda 25 illik iş təcrübəsi var. K.Deqnan ABŞ-ın Türkiyədəki səfirliyində siyasi müşavirin müavini vəzifəsində də çalışıb. K.Deqnanın namizədliyini ABŞ Senatı dəstəkləməlidir.

Qeyd edək ki, ABŞ-ın Gürcüstandakı səfir postu 2018-ci ilin martından vakant qalıb. 2015-2018-ci illərdə bu vəzifəni Yan Kelli tutub.