Rusiya vətəndaşı ilə evlənən şəxslər artıq 1 ildən sonra vətəndaşlıq əldə edə biləcək.
Shafaqadogru.com Rusiya KİV-nə istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin bu barədə qanun imzalayıb.
Daha əvvəl Rusiya vətəndaşı ilə evlənən şəxs bu ölkənin vətəndaşlığını ala bilmək üçün 3 il gözləməli idi.
Qeyd edək ki, qanun 2 oktyabr tarixində qüvvəyə minəcək