Şəfəqə Doğru » Gündəm » 73 nəfər qatarda yanaraq öldü - Video+ Yenilənib

73 nəfər qatarda yanaraq öldü - Video+ Yenilənib

73 nəfər qatarda yanaraq öldü - Video+ Yenilənib

Pakistanda sərnişin qatarında baş vermiş partlayışdan sonra güclü yanğın olub.

Shafaqadogru.com-un verdiyi xəbərə görə, hadisə nəticəsində 25 nəfər yanaraq həlak olub, 30 nəfər xəsarət alıb.

Məlumata görə, qatar Karaci şəhərindən Ravalpindiyə gedirmiş .

 

Yanğına səbəb yemək üçün istifadə olunan qaz silindrinin partlaması olub.

Yanğın üç qatar vaqonunu əhatə edib.

***

Pakistanda  sərnişin qatarında meydana gələn yanğında ölənlərin sayı 62-yə çatıb, çox sayda yaralı ağır vəziyyətdədir.

17 ölünün kimliyi hələ müəyyən edilməyib. Yanğın qurbanları arasında qadınlar və uşaqlar da var.

***

Pakistanın Pəncab əyalətində qatarda baş verən yanğın nəticəsində ölənlərin sayı 73 nəfərə çatıb.

Daha 40 nəfər yaralanıb. Onlardan 11-nin vəziyyəti ağır olaraq qiymətləndirilir.