Ermənistanın baş naziri Nikol Paşinyan yeni alınmış silahlarla tanış olub.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, müdafiə naziri David Tonoyan və Baş Qərargah rəisi Artak Davtyanın müşaiyəti ilə yeni alnımış "OSA-AK” hava hücumundan müdafiə kompleksləri ilə tanış olub.
"Biz çox sayda "Osa-AK” kompleksləri əldə olunub. Onlar yerindəcə modernləşdirilib. Digər əldə olunan silahlarla birlikdə onlar sərhədlərimizi toxunulmaz edəcək”.
Paşinyan hərbi sənayenin inkişafı ilə bağlı yeniliklər də vəd edib.