Şəfəqə Doğru » Gündəm » Salyanda özünü yandıran polisin qohumlarından Əli Həsənovun rəis qohumu ilə bağlı SENSASİON İTTİHAMLAR

Salyanda özünü yandıran polisin qohumlarından Əli Həsənovun rəis qohumu ilə bağlı SENSASİON İTTİHAMLAR

Salyanda özünü yandıran polisin qohumlarından Əli Həsənovun rəis qohumu ilə bağlı SENSASİON İTTİHAMLAR

Ötən gün axşam saatlarında Salyan rayon polis şöbəsinin həyətində polis nəfəri Miri Bəxtiyar oğlu Fətiyevin özünü yandırması cəhdi ilə bağlı bəzi səbəblər məlum olub. 


Qohumları Demokrat.az-a bildirib ki, Miri Fətiyevin özünü yandırmağa cəhd etməsinin əsas səbəbi verdiyi 3 min manat vəsaiti ala bilməməsi ilə bağlı olub. 


Qohumları deyib ki, Salyan rayon polis şöbəsinin rəisi Cəbrayıl Vəliyev bütün polis işçilərinə rayonda ticarətlə məşğul olan şəxslərdən pul almağı tapşırıb:


"Miri Fətiyev gedib rəisindən verdiyi 3 min manatı istəyəndə Cəbrayıl Vəliyev deyirmiş ki, gedin yolun kənarında alver edənlərdən pul alın. 33 yaşlı Miri Fətiyev isə deyib ki, mənim buna vicdanım yol vermir, mən bunu edə bilmərəm. Miri əvvəlcədən şöbədə hamıya intihar edəcəyini deyib. Hətta, o özünü yandıranda qışqıraraq "Cəbrayı Vəliyev, mənim balalarım 6 aydır ki, ac yatır, eşidirsən?" deyə danışıb. O, özünü yandırmaq istəyən zaman atası da yanında olub". 


Qohumları iddia edir ki, Cəbrayıl Vəliyev Miri Fətiyevdən və digər 2 polis nəfərindən 3-5 min manat məbləğində pul alıbmış:


"Həmin şəxslər də məcbur olub banklardan kredit götürərək, pulları rəisə çatdırıblar. Amma sonradan krediti həmin şəxslər ödəyə bilməyiblər. Nəticədə bu hadisə baş verib...".

 


Sözügedən iddialarla bağlı Salyan rayon polis şöbəsi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmayıb. 


Qeyd edək ki, Salyan rayon polis şöbəsinin rəisi Cəbrayıl Vəliyev Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevanın qardaşıdır. 


Elçin Rizvanoğlu
Demokrat.az