Şəfəqə Doğru » Gündəm » Azərbaycanda sabiq deputat qəzaya düşdü

Azərbaycanda sabiq deputat qəzaya düşdü

Azərbaycanda sabiq deputat qəzaya düşdü
Milli Məclis deputatlığına namizəd Nazim Bəydəmirli yol qəzasına düşüb.

Qaynarinfo xəbər verir ki, bu barədə N.Bəydəmirlinin özü sosial şəbəkədə məlumat yayıb.

O, Gədəbəy rayonunun İsalı kəndindən seçicilərlə görüşdən qayıdarkən rayonun Fərzalı kəndində avtomobil qəzaya düşüb.

Qəza zamanı avtomobilə ciddi ziyan dəyib.

Nazim Bəydəmirlinin deputatlığa namizədliyi 104 saylı Gədəbəy - Tovuz seçki dairəsindən qeydə alınıb. O, 2005 - 2010-cu illərdə bu dairədən Milli Məclisin deputatı olub.