Şəfəqə Doğru » Gündəm » Türk ordusu ilə Əsəd qüvvələri üz-üzə: daha iki türk şəhid oldu - Rusiyadan gözlənilməz açıqlama

Türk ordusu ilə Əsəd qüvvələri üz-üzə: daha iki türk şəhid oldu - Rusiyadan gözlənilməz açıqlama

Türk ordusu ilə Əsəd qüvvələri üz-üzə: daha iki türk şəhid oldu - Rusiyadan gözlənilməz açıqlama

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın İdlib bölgəsində Suriya ordusunun hücumu nəticəsində daha iki hərbçisi şəhid olub.

Shafaqadogru.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, İdlibdə davamlı top atəşləri nəticəsində Türkiyə Silahlı Qüvvələrinin daha bir hərbçisi və məmuru həlak olublar.

Bu arada isə Rusiya Müdafiə Nazirliyi İdlibdəki toqquşma haqda xəbər yayıb. Bildirilib ki, Türkiyə hərbçilərinin ərazidə manevri haqda qarşı tərəfə heç bir məlumat verilməyib: "Ona görə Əsədə bağlı ordu onları terrorçularla səhv salaraq, vurub".

Qeyd edək ki, bu gün səhər saatlarında Türkiyə Müdafiə Nazirliyi İdlibdəki münaqişlərin qarşısının alınması üçün Türkiyədən göndərilən hərbi qüvvələrin top hücumları nəticəsində 4 nəfərin şəhid olub, biri ağır olmaqla 9 nəfər yaralanıb. Hadisədən dərhal sonra türk ordusu Əsədə bağlı qüvvələri atəşə tutub.

Ukrayna səfəri ərəfəsində Ərdoğan hərbçilərinin qısasının alındığın bildirib: "30-35 rejim əsgəri məhv edilib".

Onu da qeyd edək ki, müdafiə naziri Akar Ukraynaya gedən heyətin tərkibində bu savaşa görə son anda çıxarılıb. Hulusi Akar, baş qərargah rəisi Yaşar Gülər və bir qrup yüksək səviyyəli hərbçilər dərhal Suriya sərhədinə gedib.