Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev həbs olunub.
	Demokrat.az-ın əldə etdiyi məlumata görə, icra başçısı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı saxlanılıb. 
	Xatırladaq ki, İsmayıl Vəliyev Azərbaycan Prezidentinin 26 aprel 2011-ci il tarixli 1470 nömrəli sərəncamı ilə Neftçala rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. 
	Zaur Hacılı
		Demokrat.az

