Şəfəqə Doğru » Gündəm » Yol polisi PPX əməkdaşını maşınla vurub öldürdü

Yol polisi PPX əməkdaşını maşınla vurub öldürdü

Yol polisi PPX əməkdaşını maşınla vurub öldürdü
Ağstafa rayonunda Post Patrul Xidməti əməkdaşını yol polisi maşını vurub.

Shafaqadogru.com-un verdiyi xəbərə görə, hadisə martın 4-ü, səhər saat 06 radələrində baş verib.

Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 5-ci tağımının əməkdaşı hərəkətdə olarkən yolun kənarında olan Gəncə şəhər Baş Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, 1982-ci il təvəllüdlü Fərhad Abdullayevi vurub.

F.Abdullayev hadisə yerində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

BDYPİ-nin sözçüsü Kamran Əliyev "Qafqazinfo”ya bildirib ki, hadisə ilə bağlı prokurorluqda araşdırma aparılır.