Şəfəqə Doğru » Gündəm » Zakir Fərəcovun Mirnemət Muradıyevlə birgə maxinasiyaları.

Zakir Fərəcovun Mirnemət Muradıyevlə birgə maxinasiyaları.

Zakir Fərəcovun Mirnemət Muradıyevlə  birgə maxinasiyaları.

 

     Bu günlərdə Qazax rayon Daş Salahlı kənd sakini Allahquluyev Hüseyin  Pəsən oğlu tərəfindən  müraciət daxil olub .Müraciətdi olduğu kimi oxucularımıza təqdim edirik.

"Mən 2007-ci ilin əvvəllərində həyatyani torpaq sahəsi almaq üçün ,Höküməli kənd bələdiyyəsinə müraciət etdim . O, zamanlar Abşeron rayonunun icra hakimiyyəti başçısı indiki Sumqayıt şəhərinin icra başçısı zakir Fərəcov idi. Höküməli kənd bəllədiyəsinin sədri  Mirnemət Muradiyev məndən 05”ha  torpaq sahəsi üçün iyyirmi səkkiz(28)min ABŞ dolları və bir il keşmiş 2 min (20000 )dollar  üstəlik alaraq 07 ha torpaq sahəsi verəcəyinə söz verdi.  O zamanlar mən Rusiyada   işlədiyimnən  torpağı qohumum Bakıda yaşayan Muradov Tahir  Abduləli oğlunun adına sənədləşdirəcəyinə söz verdi  və 05 noyabr 2007-ci ildə bütün lazimi sənədlər hazırlanaraq,mənə satıldı. lakin,3-4 ildən onra mən Rusiyadan gəldim və evimi tikmək üçün ,Höküməli kəndinə getdiyimdə ,mənim mülkiyyətimdə olan torpaq sahəsində üzünü görə bilmədiyim Mail Əliyev adında birisi "Yanacaq doldurma məntəqəsi tikib və fəaliyyət göstərir. Telefon əlaqəsi yarada bildiyim,  Mail Əliyev mənimlə görüşməkdən dəfələrlə imtina etdi və nəhayət mənə dedi ki,qardaş mənə torpağı Höküməli kənd bələdiyyəsinin sədri Mirnemət Muradıyev satıb və əlimdə çıxarış var,get onunla danış.Mən anlamıram ki,həmin yerə əlimdə bütün lazimi sənədlər ola –ola ikinci dəfə həmin yerə Mail Əliyevə necə çıxarış verilib? Qulaqlarıma inanmadım .Abşeron rayon icra hakimiyyətinə gedərək,torpaq şöbəsinin arxivindən bütün  sənədlərin çıxarışını və o cümlədən təstiqləyici sənədlər verdilər və bu torpağın  Muradov Tahir Abduləli oğluna ait olduqunu söylədilər. O gün ,bu gün Mirnemət Muradıyev mənə pulumu qaytaracağına ya da 07 ha torpaq sahəsi daha yaxşı yerdən verəcəyinə söz versədə heç birini etmədi .İndi isə mənə get hara isdəyirsən şikayət et deyir.”O verdiyiniz puldan mənə bir qəpik də çatmayıb.Gedin zakir Fərəcovdan pulunuzu isdəyin .Pulu alan da o olub ,yerinizi Mail Əliyevə satan da .Mən arada nökərçilik etmişəm”deyərək, Höküməli kəndə gedən trasın kənarınada olan  ona məxsus olan şadlıq evinin   ofisindən məni qovdu. Onu da , qeyd edim ki, Mirnemət Muradıyevin  həmin trasın kənarı boyunca şadlıq evindən başqa mərasim evləri  və digər obyektləridə vardır ki,onlarıda mənim kimi aldadaraq,aldığı pullarla tikdirmişdir.

  Hörmətli Neymət Müəllim !

 

Höküməli kənd bəllədiyyəsinin kiməsə  arxalanıb belə maxinasiyalara girişərək  , belə saymamazlıq etməsini aglıma sığdıra bilmirəm .

   Mən  bu  barədə Koorrupsiyaya  Qarşı   Mübarizə Baş idarəsinə  və daha sonra Azərbaycan Respublikası Ali Məhkəməsinə məktub ünvanlasam da,  heç bir nəticə əldə edə bilmədim .Sadəcə mənə  mesajlar gəldi ki, onun arxasında Zakir  Fərəcov durur.Bica yerə əziyyət çəkirsən ondan heçnə ala bilməzsən daha . Odur ki, hörmətli Neymət müəllim sizdən xahiş edirəm ki,  keçmiş Höküməli kənd bələdiyyəsinin sədri Mirnemət Muradıyevin mənim başıma açdığı bu oyunları qəzetiniz vasitəsi ilə iştimailəşdirəsiniz.   Bəlkə aidiyyatı qurumlar da məqaləni oxuyub mənə məxsus torpağın mənə qaytarılmasına mənə yardım göstərələr.  "

Hörmətli oxucu və aidiyyatı qurumlara düşünürəm ki,artıq şərhə ehtiyac yoxdur.Şikayətci hər şeyi açıq yazıb .

Mirnemət Muradıyevə məxsus obyektlərin şəkillərinidə sizə tqdim edirik.

Zakir Fərəcovun Mirnemət Muradıyevlə  birgə maxinasiyaları.

Zakir Fərəcovun Mirnemət Muradıyevlə  birgə maxinasiyaları.
Zakir Fərəcovun Mirnemət Muradıyevlə  birgə maxinasiyaları.

Qarşı tərəfidə dinləməyə və dərc etməyə hazırıq.

 Mövzuya qayıdacayıq.

 

                                                                  Neymət Novruzlu.

13-5-2020 –ci il