NAVİQASİYA

» » Prezidentin təyin etdiyi 35 yaşlı başçı – Dosye
Prezidentin təyin etdiyi 35 yaşlı başçı – Dosye
- Tarix: 21-may-2020, 14:50 - Bölmə: Gündəm / Manşet - Baxış sayı: 43

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Seymur Vaqif oğlu Orucov Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.


Shafaqadogru.com  xəbər verir ki, Seymur Vaqif oğlu Orucov 1984-cü il oktyabrın 27-də Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub. 2001-ci ildə Əli Bayramlı şəhərində orta təhsilini bitirərək, Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsinə daxil olub.


2005-ci ildə İqtisad Universitetinin bakalavr pilləsini bitirərək maliyyə-kredit ixtisası üzrə magistratura pilləsinə daxil olub.


2007-ci ildən Maliyyə-kredit kafedranın aspirantı və müəllimi olub.


2006-2009-cu illərdə İqtisad Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri kimi çalışıb. 2010-cu ildə "Dövlət büdcəsinin gəlir və xərclərinin tənzimlənməsi istiqamətləri” mövzusunda dissertasiya işini müdafiə edərək iqtisad elmləri üzrə fəlsəfə doktoru adı alıb.


2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi” medalı ilə təltif edilib. 2009-2011-ci illərdə İqtisad Universitetinin Tərbiyə işləri üzrə prorektoru vəzifəsində çalışıb.


4 aprel 2011-ci ildə Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri vəzifəsinə seçilib.


29 yanvar 2011-ci ildə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri seçilib.


Qeyd edək ki, Seymur Orucov sabiq deputat Şəmsəddin Hacıyevin kürəkənidir.


Oxşar xəbərlər