Oğuzda itkin düşən oğlanın meyiti tapılıb. Onu ayının parçaladığı ehtimal olunur.
Shafaqadogru.com "Report"a istinadən xəbər verir ki, 12 yaşlı Cəbrayıl Vüsal oğlu Məmmədlinin meyiti meşəlik ərazidə aşkarlanıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları meyitin tapıldığı əraziyə yollanıb.

 
                                                    
 
                                                    
 
                                                    
 
                                                    
 
 
