Şəfəqə Doğru » Gündəm » Ağstafada avtomobil körpüdən aşdı, yaralılar var

Ağstafada avtomobil körpüdən aşdı, yaralılar var

Ağstafada avtomobil körpüdən aşdı, yaralılar var

Ağstafa rayonunun Poylu kəndində "VAZ" markalı minik avtomobilinin körpüdən aşıb.

Shafaqadogru.com xəbər verir ki, "VAZ" markalı avtomobilin idarəetmədən çıxaraq körpüdən aşması nəticəsində 2 nəfər, Yenigün kənd sakini, 1981-ci il təvəllüdlü İbrahimov Vidadi Vaqif oglu və Qaçaq Kərəm kənd sakini, 1979-cu il təvəllüdlü Abdullayev Həsən İsrafil oğlu müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Hadisə zamanı avtomobildə olan daha bir nəfər isə yüngül xəsarət alıb. Ona ambulator yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.