Şəfəqə Doğru » Gündəm » Mehman Hüseynov xərçəngə tutuldu

Mehman Hüseynov xərçəngə tutuldu

Mehman Hüseynov xərçəngə tutuldu

Tanınmış bloqqer Mehman Hüseynov xərçəng xəstəliyinə tutulub. 

Shafaqadogru.com xəbər verir ki, bu barədə Mehmanın qardaşı Emin Hüseynov məlumat yayıb. O bildirib ki, bir neçə həftə əvvəl həkimlər Mehmanda tək fibroz şiş şəklində onkoloji xəstəlik aşkar ediblər. Qardaşı Mehmanın hazırda İsveçrədə olduğunu bildirib.

Qeyd edək ki, Mehman Hüseynov bir müddət əvvəl səhhətində yaranan problemlərə görə xəstəxanada müalicə aldığını açıqlamışdı.