Daha sonra müraciətdə deyilir: "Abşeronun Məhəmmədi kəndi, "Göy Qurşağı” yaşayış kompleksində mənzil "yiyəsi” olan əlil və şəhid ailələri isə Bakıdan uzaq düşmələri bir yana , heç mənzillərinə qeydiyyat çıxarışı ilə yiyələnə də bilmirlər. Hətta 5 illik "satış limiti”ni , qadağasını başa vuran mənzillərə də, el dilində desək, "kupça” verilməsindən imtina edilir. Niyə?

Belə çıxır, mənzillər Qarabağ əlillərinə, şəhid ailələrinə müvəqqəti, "xidməti sığınacaq” kimi verilib? Bu da qaçqın-köçkünlərə verilən ev deyil ki, Qarabağ "qaytarılana” kimi sənədləşdirilməsin! Hər halda, vətəndaşın öz evinin, əmlakının qanuni yiyəsi ola bilməməsi Konstitusiyaya ziddir. Axı, əlil, şəhid ailələri öz əmlaklarından istədikləri kimi yararlana bilmirlər!
Ümid edirik ki, bağlantılı qurumlar əlil və şəhid ailələrinin "xidməti sığınacaq”lardan qeydiyyat çıxarışı özəl mənzillərə "köçmələrini” təmin edəcəklər.