Şəfəqə Doğru » Gündəm » “Media sahəsində böyük dəyişikliklər olacaq”

“Media sahəsində böyük dəyişikliklər olacaq”

“Media sahəsində böyük dəyişikliklər olacaq”
"Biz qlobal informasiya məkanında öz yerimizi tutmaq istəyiriksə mütləq müasir texnologiyaların tələblərinə cavab verən infrostruktur qurmalıyıq".

Bunu REAL televiziyasına müsahibəsində Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova deyidb.

Onun sözlərinə görə, ən vacib istiqamətlərədn biri kadr hazırlığıdır. "Əgər biz yeni, müasir tələblərə cavab verən media qurmaq istəyiriksə ilk növbədə kadrlardan başlamalıyıq. Dünya o qədər sürətlə inkişaf edir ki, media sahəsində o qədər yeni peşələr yaranıb ki, bəzilərinin adlarını bizim media nümayəndələri eşitməyiblər. Biz o peşələri Azərbaycana gətirməliyik ki, kadrlarını hazırlaya bilək. O kadrlar da gələcəkdə Azərbaycan yeni media üzünü müəyyənləşdirə bilsinlər".

S.Yusifova media sahəsində trendlərin hər gün dəyişdiyini də qeyd edib. Onun sözlərinə görə, 2019-2020-ci ilin trendləri nə qədər qəribə səslənsə də yutublaşma, instaqlaşma və tiktoklaşmadır. "Bu reallıqdır. Kütləvi kommunikasiyanın şəbəkələşməsi böyük sürətlə gedir. Əgər bu gün onlayn media sosial şəbəkədə yoxdursa auditoriyasının hansı əhatədə olmasını təsəvvür etmək çətindir. Əgər sən sosial şəbəkədə yoxsansa demək mövcud deyilsən. Bu baxımdan onlayn medianın şəbəkələşməsi qaçınılmaz prosesdir.
Bu ancaq onun ifadə formasına deyil, həm də məzmununa təsirini göstərir. Sosial şəbəkələr kontentin vizuallaığını və lakonikliyini sevir.
Məsələn əgər yaxşı məhsulunuz varsa, onun təqdimatını sosial medianın tələblərinə uyğun qurmursunuzsa oxucu kütləsi ona maraq göstərməyəcək, kontenti itirəcəksiniz".

PA rəsmisi informasiya siyasətinin dövlətin siyasi ideoloji funksiyalarından biri olduğunu vurğulayıb. Onun sözlərinə görə, son bir necə ildə ölkəmizdə həyata keçirilən qlobal köklü islahatlar informasiya siyasətini də şərtləndirir. "Müasir tələblərə cavab vermək üçün informasiya siyasətində bir sıra dəyişiklər həyata keçirilməlidir. İlk növbədə mətbuatımızın fəaliyyətini tənzimləyən qanunvericilik bazasına yenidən baxılmalıdır. Nəzərə alsaq ki, bu baza 20-ci əsrin sonunda qəbul edilib, sonradan bir necə dəfə dəyişiklik olsa da bu günün tələblərinə cavab vermir. Audivizual məhsulların istehsalı, sosial şəbəkələr anlayışı, onlayn media qanunvericilikdə əksini tapmayıb".