Şəfəqə Doğru » Gündəm » Ermənistanda kütləvi əsgər ölümləri yenidən araşdırılacaq

Ermənistanda kütləvi əsgər ölümləri yenidən araşdırılacaq

Ermənistanda kütləvi əsgər ölümləri yenidən araşdırılacaq

Ermənistanda qeyri-döyüş şəraitində həlak olmuş hərbi qulluqçuların cinayət işləri yenidən araşdırılacaq.


Bu barədə Shafaqadogru.com Ermənistan mətbuatına istinadən xəbər verir.


Qeyd edilir ki, baş nazir Nikol Paşinyanın qərarı ilə qeyri-döyüş şəraitində ölmüş və ya öldürülmüş hərbi qulluqçuların cinayət işlərinin öyrənilməsi üzrə işçi qrup yaradılacaq.


Xatırladaq ki, son aylar Ermənistanda qeyri-döyüş şəraitində həlak olmuş hərbi qulluqçuların valideynləri dəfələrlə etiraz aksiyası keçirərək övladlarının ölümü ilə bağlı cinayət işlərinin obyektiv araşdırılmamasına etiraz ediblər. Onlar hətta bir neçə dəfə Yerevan və digər şəhərlərdə yolları bağlayıblar. Məsələyə ölkənin Müdafiə naziri müdaxilə edib. O, aksiyaçılara cinayət işlərinin obyektiv araşdırılacağını söz verib.