Şəfəqə Doğru » Gündəm » İRAQDA ÜÇ GÜNLÜK MATƏM ELAN OLUNDU

İRAQDA ÜÇ GÜNLÜK MATƏM ELAN OLUNDU

İRAQDA ÜÇ GÜNLÜK MATƏM ELAN OLUNDU
Ölkənin baş naziri terror ilə əlaqədar qərar qəbul edib.
 
İraqın baş naziri Heydər əl-Abadi Bağdadın mərkəzində baş vermiş terror aktı ilə əlaqədar ölkədə üçgünlük matəm elan edib.
 
Shafaqadogru.com-un  məlumatına görə, bu barədə Report "Əl Sumaria” telekanalına istinadən xəbər verir.
 
Qeyd edək ki, İraqın paytaxtı ötən gecə Bağdadın mərkəzində yerləşən Əl-Karrada rayonunda törədilən terror aktı nəticəsində 165 nəfər ölüb, 168 nəfər yaralanıb. Minalanmış avtomobil restoranın qarşısında partladılıb.
 
Hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.
 
Əvvəlcə minalanmış avtomobil partladılıb, ardınca Bağdadın şərq hissəsində əldəqayırma partlayıcı qurğu işə düşüb.