Şəfəqə Doğru » Gündəm » Son beş ildə Abşeron rayonun gəlirləri çox olar,yoxsa xanım başçının qazancı?

Son beş ildə Abşeron rayonun gəlirləri çox olar,yoxsa xanım başçının qazancı?

Son beş ildə Abşeron rayonun gəlirləri çox olar,yoxsa xanım başçının qazancı?
Sentyabrın ayının 2-də,yəni sabah İradə Gülməmmədovanın Abşeron rayon İcra Hakimiyyətinə başçısı təyin olunmasının beş ili tamam olacaq.Bu beş ildə rayonun iqtisadi göstəricilərində nə kimi dəyişikliklər,nə kimi inkişaf olub?Qeyd edək ki,paytaxta yaxın olmasına baxmayaraq Abşeron bir kənd təsərrüfatı rayonu olub.Vaxtı ilə bu rayonun kəndlərində sakinlər taxılçılıqdan tutmuş heyvandarlığa qədər kənd təsərrüfatı işləri ilə məşğul olub.Artıq həmin təsərrüfatlardan əsər-əlamət qalmayıb və rayonun kəndlərinə aid sözügedən təsərrüfatlarda torpaq sahələri bu gün satılıb qurtarmaq üzrədir.Bəs ötən bu beş il ərzində xanım icra başçısının rəhbəri olduğu rayon daha çox hansı əlamətdar hadisələrlə yadda qalıb?
Elə təyinatından dərhal sonra İradə Gülmməmədovanı bu vəzifəyə Abşeron rayon İcra Hakimiyyətinin əvvəlki başçısı Zakir Fərəcovun təyin etdirdiyi,onun adamı olması barədə məlumatlar yayıldı. Bu məlumatın nə dərəcədə həqiqət olması bu günə qədər təsdiqini də tapmayıb,təkzib də olunmayıb.Fakt odur ki,2005-ci ilə Zakir Fərəcovun Abşeron rayonuna İcra başçısı təyin edildikdən sonra 1995-2006-cı ilərdə Abşeron rayon uşaq polikilinikasında baş həkim işləyən İradə Gülməmmədova həkimlik kimi bir peşəni ataraq İcra Hakimiyyətində idarəetmə sisteminə keçməli olub. Bu minvalla İradə Gülməmmədova düz doqquz il Zakir Fərəcovla bir yerdə işləməli olur və onun idarəetmə təcrübəsinə yiyələnir. 2015-ci ildə Zakir Fərəcov Sumqayıt şəhər İcra hakimiyyətinə başçı təyin olunduqdan sonra Abşeron rayonunda İcra Hakimiyyətinin başına gələn,və yaxud da gətirilən İradə Gülmmədova üçün o qədər də çətin olmur.Çünki həm sələfindən öyrəndiyi idarəetmə təcrübəsi,həm də daimi nəzarətdə olması onun işini bir xeyli qabağa çəkmiş oldu.
Dövrü mətbuatda yayılan məlumatlardan fərqli olaraq biz xüsusilə qeyd etmək istəyirik ki,İradə xanım rayon İcra Hakimiyyətində işə keçməmişdən öncə artıq Abşeron rayonunda və Bakı şəhərində bir neçə obyekti olub.Yəni özü baş həkim işləsə də həyat yoldaşı ailənin biznesini idarə edib.İradə Gülməmmədovanın İcra Hakimiyyətinə başçı keçməsi isə onun nəinki karyerasında,hətta həyatında belə dönüş nöqtəsi olub.
Məsələn İradə Gülməmmədovanın nümayişkaranə şəkildə qəbullar keçirməsindən bir çox digər İcra başçıları ibrət dərsi götürə bilər.İradə Gülməmmədova sakinlərin qarşısına çıxmaqdan qorxmur,onların problemlərini dinləyə bilir. Xanım başçı demək olar ki, Abşeron rayonun inkişafdan kənar qalmış kəndlərinin sakinləri ilə mütəmadi görüşlər keçirir.Bütün görüşlərdə də qəsəbə sakinlərinə yerlərdə ortaya çıxan problemlərin öyrənilməsi və həlli istiqamətində addımların atılması olduğunu qeyd edir.Amma problemlərin həllinə gələndə İradə xanım çox ustalıqla bunları dövlətin üstünə yıxa bilir,vəsait çatışmazlığı ilə bağlayır.gələcəkdə həll olunacağına əminliklə söz verir. Son illərdə Abşeron rayonun qəsəbələrində sosial problemlərdən dolayı sakinlər dəfələrlə magistral avtomobil yollarına çıxmaqla etirazlarını bildirmişlər. Ötən il Saray postu adlanan ərazidən Saray istiqamətinə gedən yolu bağlayan Saray sakinləri qəsəbədə kanalizasiya sisteminin olmamasına etiraz etmişdilər. Sakinlərin bu problemi həll olundumu? Yox.Elə çox uzaqlara getmək lazım deyil avqustun əvvəllərində Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsinin sakinləri Bakı-Şamaxı magistral yolunun hərəkət hissəsini kəsmələri barədə məlumatlarda onlar yaşadıqları ərazidə üç aydır içməli su problemi ilə qarşılaşmalarından şikayət ediblər.Bu kimi problemlər Abşeron rayonunun kənd və qəsəbələrində çoxdur və saymaqla bitməz.Amma…
İradə Gülməmmədova tez-tez rayonda aparılan abadlıq işlərinə baş çəkir,işin gedişatına nəzarət etdiyini hamıya göstərir.Xanım İcra başçısının vəzifə səlahiyyətlərinin icrasına başladığı 2015-ci ildən Abşeron rayonuna abadlıq və təmir-tikinti işlərinə ayrılmış dövlət vəsaiti barədə konkret rəqəm söyləyə bilmərik.Amma 2015-2018-ci illərdə rayon ərazizisində abadlıq və digər işlərin aparılması məqsədi ilə elan olunmuş tenderlərdə iştirakçı MMC-lər barədə qısa məlumat verə bilərik. Belə ki,sözügedən illərdə rayonda bütün işlər bu şirkətlər tərəfindən həyata keçirilib.”Viktoriya SS” MMC, "İntercom Star” MMC, "Solitar-T 2017” MMC, "Caspian-Plus A” MMC, "Tasman Limited” MMC, "Toragay-NT” MMC, "Gold Season MTS” MMC, "Drim Ltd” MMC, "King World” MMC, "MVVL VP” MMC, "Gomel-A.M” MMC,”Kaspian Gold” MMC, "Kristal” MMC, "Eko 2016” MMC, Hansı ki,bu şirkətlərin fəaliyyəti barədə bu gün heç bir məlumat yoxdur. Yəni İcra Hakimiyyətinin iş gördüyü bu MMC-lər birdəfəlik şirkətlərdir. Bu şirkətlərin hamısı xanım İcra başçısının qardaşları tərəfindən yaradıldığı istisna deyil.Burada Zakir Fərəcova yaxınlığı ilə tanınana və Sumqayıtda bir çox tenderlərin qalibi olan "Ximexpress-2000” firmasının qalibi olduğu tenderdən xüsusi qeyd etmək lazımdır.Təkcə 05.12.2017-ci il tarixdə Xırdalan şəhərində 23 çoxmənzilli binanın əsaslı təmiri işləri üzrə keçirilmiş tenderdə qalib olan "Ximexpress-2000” firması ilə 3000000 manat dəyərində müqavilə bağlanmışdır ki,görülən işlərin nəticələrini bu gün görməmək mümükün deyil.
İradə Gülmmədova ölkə başçısının tapşırıqlarına və çağırışlarına hamıdan əvvəl qoşulmağı da bacarır.İcra başçısı olmasına baxmayıraq könüllü olaraq müharibəyə də getməyə hazır olduğunu göstərmək üçün şəkillər çəkdirir.Təbii ki, xanım icra başçısı bir həkim kimi müharibədə əskərlərimizə kömək edə bilər.Amma İradə Gülmməmədova bu vəzifəyə Prezidentin Sərəncamı ilə təyin olunmasını unudur və müharibə vaxtı onun üzərinə daha məsuliyyətli,daha ciddi işlər düşdüyünü yaddan çıxarır.
İradə Gülmmədova yeri gələndə şəxsi maraqları naminə qurban verməyi də bacarır. İyun ayında Abşeron Rayon İcra Hakimiyyətində həyata keçirilən əməliyyatın pərdəarxası məqamları ictimaiyyət üçün bu gün də gizli qalıb.Belə ki, dövrü mətbuatda yayılan informasiyalara görə rayon İcra Hakimiyyətinin rəsmiləri əvvəlcə belə bir hadisənin olmaması barədə məlumat yaydılar.Sonra isə rayon İcra Hakimiyyətinin baş memarının həbs olunması barədə rəsmi məlumatlar yayıldı.Arada olan bir neçə saat ərzində İradə Gülmməmədovanın hadisələrin axarını öz xeyrinə dəyişməsi sonradan mətbatda da geniş yayıldı. Belə ki,əməliyyatın keçirilməsi barədə rəsmi məlumatları bir neçə saat gecikdirməklə İradə Gülmmədova qardaşının və yaxın qohumlarının həbslə üz-üzə qaldığını görərək, rayonun baş memarı Akif Əliyevlə şəxsi oyunlarının qurbanına çevirdi.

Bütün bunlar xanım İcra başçısının güçündən xəbər verir. Xanım başçı hər bir işində ehtiyatlıdır,əməllərini hamının gözləri qarşısında ört-basdır etməyi bacarır.Bu təcrübəni isə xanım başçı çox güman ki,sələfi Zakir Fərəcovdan öyrənib.Zakir Fərəcov da haqqında olunan çoxsaylı şikayətlərə baxmayaraq,hələ də işinin başındadı və bildiyini edir.İradə Gülmməmədova da son vaxtlar haqqında bütün yazılanlara,deyilənlərə baxmaraq işini davam etdirməkdədir.

Bir müddət əvvəl dövrü mətbuatda İradə Gülməmmədovanın özünə və ailəsinə məxsus mülklərin siyahısı paylaşılmışdı.Məlumatlarda xanım başçısının ölkənin müxtəlif regionlarında,hətta Rusiyada, Türkiyədə şirkətləri mövcud olduğu bildirilirdi.Həmçinin ailə biznesinə mağazalar, tibb klinikaları, apteklər, iaşə obyektləri, turizm şirkətləri, uşaq bağçalarının olduğu qeyd edilirdi.Biz bu siyahını bir daha paylaşmaq niyyətindən uzağıq.Amma niyə xatırlayırıq? Yuxarıda qeyd etdiyimiz kimi,İradə Gülməmmədova İcra başçısı təyin olunana qədər biznes şəbəkəsinə sahib olub.Lakin bu son beş ildə bu şəbəkə o qədər böyüyüb ki,hətta ölkənin hüdudlarından kənara belə çıxıb.İndi bizə çox maraqlıdır. Görəsən son beş ildə Abşeron rayonun gəlirləri çox olub,yoxsa İradə Gülməmmədovanın?
aktualxeber.az