Şəfəqə Doğru » Gündəm » Kadırovun hafiz qızı nazir müavini oldu

Kadırovun hafiz qızı nazir müavini oldu

Kadırovun hafiz qızı nazir müavini oldu

Çeçenistanın rəhbəri Ramzan Kadırovun qızı Ayşad Kadırova Mədəniyyət nazirinin birinci müavini təyin edilib.

Shafaqadogru.com  xəbər verir ki, bununla bağlı Ramzan Kadırov social çəbəkə hesabında yazıb:

"Bilirəm ki, o, çeçen dəyərlərini canlandırmaq yolunun tərəfdarıdır və yeni vəzifəsinə böyük ciddilik, eləcə də məsuliyyətlə yanaşacaq. Ayşadın qarşıya qoyulmuş vəzifələrin öhdəsindən gələcəyinə əminəm. Bu yolda ona uğurlar arzulayıram”.

Kadırov Çeçenistan Dövlət Filarmoniyasındakı fəaliyyəti ilə tanınan qızı Ayşad Kadırovanın 21 yaşı var. O, Çeçenistan Dövlət Universitetində İqtisadiyyat təhsili alıb. Bundan əlavə, Ayşad Kadırova Qurani-Kərim hafizidir.