Bu ermənilər Qarabağda yaşamayacaq – Türk ekspert
- Tarix: 03-sen-2020, 10:17 - Bölmə: Gündəm / Manşet - Baxış sayı: 673
Ermənistan hökuməti hər vəchlə Suriya və Livan ermənilərini Dağlıq Qarabağa köçürməyə çalışsa da, onlar İrəvana qaçır və qaçacaq.

Bu sözləri Axar.az-a açıqlamasında türkiyəli ekspert Həsən Oqtay Livan ermənilərinin işğal olunmuş Dağlıq Qarabağ ərazisinə köçürülməsi haqda danışarkən deyib.

Ekspertin fikrincə, erməni tərəfinin bu siyasəti tezliklə fiaskoyla nəticələcək:

"Rəsmi İrəvan Livan ermənilərinin Qarabağa köçürülməsini beynəlxalq sistemə "humanitar baxışlarla” gətirməyə çalışsa da, fakt budur ki, heç kim Qarabağda yaşamaq istəmir. Suriya erməniləri Suriyadakı müharibə mühitindən qaçarkən bir neçə həftə Qarabağda qalırlar və Qarabağdakı müharibənin ortasına düşmək istəmədikləri üçün ordan da İrəvana qaçırlar. Bütün bunlar erməni mətbuatını izlədikdə aydın şəkildə görünür”.

Politoloq beynəlxalq təşkilatların bu məsələ ilə bağlı susmasından da danışıb:

"Rəsmi İrəvan Suriya və xüsusilə də Livanda baş vermiş son partlayışdan zərər çəkən şəxslər üzərindən piar kampaniyası aparır. Ermənistanın bu addımı beynəlxalq hüquqa ziddir və humanitar hüquq pozuntusu kimi qiymətləndirilməlidir.

ATƏT-in Minsk Qrupu işğal olunmuş ərazilərdə əhalinin yerləşdirilməsi ilə bağlı nəzəri fikirlər səsləndirsə də, praktiki olaraq bu prosesin qarşısını almır. ATƏT-in passivliyi isə Qarabağ münaqişəsinin həllini yubadır”.

Oxşar xəbərlər