Şəfəqə Doğru » Gündəm » İsrail koronavirusa görə 1-ci yerə çıxdı - ölkəni etiraz aksiyaları bürüdü...-VİDEO

İsrail koronavirusa görə 1-ci yerə çıxdı - ölkəni etiraz aksiyaları bürüdü...-VİDEO

İsrail koronavirusa görə 1-ci yerə çıxdı - ölkəni etiraz aksiyaları bürüdü...-VİDEO
 "Dünya, əksər KİV belarus Lukaşenkonun üstünə düşüb, heç yəhudi Netanyahunun korrupsiyasından danışan yoxdur..."
Yazda başlanmalı olan məhkəmə, epidemiya səbəbindən artıq bir neçə dəfə təxirə salınıb...
 
Minlərlə israilli Baş nazir Binyamin Netanyahunun Qüdsdəki iqamətgahı qarşısına toplaşaraq hökumət başçısının istefasını tələb edir. 

Shafaqadogru.com  "Yevronyus”a("Euronews”) istinadla xəbər verir ki,  ölkədə son həftələrdə etiraz aksiyaları səngimək bilmir. 
Şənbə günü nümayiş pisləşən epidemioloji vəziyyət fonunda baş verib: İsrail adambaşına düşən  "COVİD-19”  infeksiyaları sayına görə dünyada birinci yerə çıxıb. Amma ölkədə ölüm nisbəti bir sıra Avropa ölkələri və ABŞ-dan daha aşağıdır.

İsrail şəhərlərindəki nümayişlər əsasən dinc şəkildə keçirilir. Lakin şənbə günü Qüdsdəki bir etiraz aksiyası polislə toqquşmaya çevrilib. Ən azı 13 iştirakçı həbs olunub. 2 asayiş keşikçisi yaralanıb.

İsraildəki etirazçılar baş naziri korrupsiyada günahlandırır və hökumətin ölkədə işsizliyin kəskin artımıyla nəticələnən koronavirusla mübarizə üçün sərt tədbirlərini tənqid edirlər.

Binjamin Netanyahuya qarşı korrupsiya ilə bağlı istintaq isə davam edir. Yazda başlanmalı olan məhkəmə, epidemiya səbəbindən artıq bir neçə dəfə təxirə salınıb. Baş nazir isə bütün ittihamları rədd edir.

P.S. Yenə də  beynəlxalq güclərin çoxüzlülük standartı göz önündədir: dünya, əksər KİV belarus Lukaşenkonun üstünə düşüb, heç yəhudi Netanyahunun korrupsiyasından,  İsrail polisinin etirazçılara, o cümlədən qadınlara qarşı zorakılığından  yoxdur...



 

 
 
 
<iframe style="position: absolute; top: 0px; left: 0px; width: 540px; height: 749px; visibility: hidden; pointer-events: none; z-index: -1000; border-width: 0px; border-style: initial;"></iframe>