Şəfəqə Doğru » Gündəm » Nişandan qayıdan ailə dəhşətli qəzaya düşdü: 1 ölü, 4 yaralı

Nişandan qayıdan ailə dəhşətli qəzaya düşdü: 1 ölü, 4 yaralı

Nişandan qayıdan ailə dəhşətli qəzaya düşdü: 1 ölü, 4 yaralı

Yevlax rayonunda ağır yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, saat 23 radələrində Yevlax-Aran-Mingəçevir yolunun 2-ci kilometrliyində "Mercedes" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq aşıb.

Nəticədə avtomobildə olan şəxslərdən 1989-cu il təvəllüdlü Mirzəyev Orxan Əvəz oğlu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Daha 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Qəzada yaralanan şəxslərdən ikisi 8-10 yaşlı uşaqlardır.

Bildirilir ki, ailə üzvləri nişan mərasimindən Mingəçevirə qayıdarkən qəzaya düşüb.

Faktla bağlı araşdırma aparılır.