Şəfəqə Doğru » Gündəm » Əhəd Əbiyev ondan şikayət edən çobanları "Banditizm"ə niyə çağırtdırlb?

Əhəd Əbiyev ondan şikayət edən çobanları "Banditizm"ə niyə çağırtdırlb?

Əhəd Əbiyev ondan şikayət edən çobanları "Banditizm"ə niyə çağırtdırlb?
"Başa düşmürəm, mən 75 yaşlı fermer sənədli yaylaq ərazimi başqalarına satan, hər il məndən 10 min manat rüşvət alan icra başçısından Prezidentə şikayət yazıram, Baş Prokurorluğun bu şikayəti araşdırdığı bir vaxtda, məni DİN-nin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırıblar. Əməlimdə hansı mütəşəkkil cinayətkarlığın sanksiyası var ki, məni indiki karantin dövründə Daşkəsəndən Bakıya sürütdürürlər?"
Bu sözləri YAP üzvü, tanınmış fermer Akif Rzayev "Təzadlar"a etdiyi telefon zəngində söylədi. Fermer təəccüblə əlavə etdi: "Müstəntiq məni hörmətlə qarşıladı, izahatlarımı aldı, çağırmağının səbini dedi... Məlum oldu ki, iki çoban arasında 20 qoyun məsələsidir. Və çobanın biri mənim oğlumdur, arada mülki mübahisələri var və c. Hansı ki, kəlbəcərli bir çobanın şikayəti Daşkəsən rayon Polisində araşdırılıb, hüquqi qiymət verilib ki, bu iş mülki məsələdir, məhkəməyə müraciət edilsin. Şikayətçi sonra Daxili İşlər Nazirliyinə zəng vurub, gəliblər, eyni qərarla Bakıya qayıdıblar... Sual verirəm: mən icra başçısı Əhəd Abıyevdən Prezident cənab İlham Əliyevə, DTX-ya, DİN-ə, Baş Prokurorluöa maddi sübutlarla, sənədlərlə şikayət edirəm, məni elə-belə dindirib halımı soruşurlar. Amma məndən şantaj yolu ilə, əsas olmadan kimsə DİN-ə saxta ərizə göndərir, amma dərhal məni "Banditizmə çağırırlar. Təsəvvür edin, Daşkəsənin bu soyuq, yağmurlu havasında qoyun-quzumu qurda tapşırıb Bakıya gəlmişəm, çünki qanuna hörmət edənəm. Bəs qanun keşikçiləri niyə nəzərə almırlar ki, əvvəla, belə bir şikayət varsa, göndərin rayon Polis Şöbəsinə, orda araşdırılsın. Rayon polis Şöbəsi nədən ötrüdür? İkincisi, mülki mübahisəyə nə vaxtdan "Banditizm" baxmalıdır? Cənab nazir Vilayət Eyvazovun diqqətinə çatdırıram ki, hər şey Əhəd Abiyevin Məndən hər il qanuni yaylaq ərazimı görə 10 min manat rüşvət Alması barədə Prezidentə şikayət verməyimlə bağlıdır. Onun qardaşı Zəfər Abiyevin DİN-də yüksək vəzifə tutmasına görədir ki, mən fermer yollarda qalmışam, adi, dəxli olmayan şikayətə görə "Banditizm"ə çağrılıram. Buna son qoyulmalıdır..."
Məsələ ilə bağlı DİN-nin Mətbuat Xidmətinə dəfələrlə zəng vursaq da cavab verən olmadı. Məsələ tərəfimizdən diqqətdə saxlanılır...
Bu dəqiqələrdə Əhəd Abiyevin korrupsiya əməlindən Prezidentə şikayət göndərmiş Daşkəsəndən digər bir çoban Bəhrəm Ələkbərov da Bakıya "Banditizm"ə çağrılıb. Özü də səbəbi deyilmədən. Xəstə anasını və 30-40 qoyun-quzusunu yiyəsiz qoya bilməyən gənc çoban isə çarəsiz durumdadır, nazir Vilayət Eyvazovdan kömək istəyir...
Bizi izləyin.
E.Məmmədli