Dövlət Məşğulluq Xidmətinin rəisi Mustafa Abbasbəyliyə qarşı olan iddialar baxılması üçün ƏƏSMN-ə göndərilib.
APA xəbər verir ki, bu barədə Baş Prokurorluğun İnstaqram səhifəsində "Sual-cavab” bölməsində bildirilib. Belə ki, prokurorluğun sual-cavab layihəsinin bugünkü bölməsində istifadəçilərdən biri DMX rəisi M.Abbasbəylinin ona qarşı hüquqpozmalarından bəhs edib.