Şəfəqə Doğru » Gündəm » Ermənistanda əsgər çatışmır, qocalar döyüşə göndərilir

Ermənistanda əsgər çatışmır, qocalar döyüşə göndərilir

Ermənistanda əsgər çatışmır, qocalar döyüşə göndərilir

Azərbaycan Silahlı Qüvvələrinin genişmiqyaslı əks-hücum əməliyyatları nəticəsində Ermənistan ordusunun çoxsaylı canlı qüvvəsi və hərbi texnikası məhv edilib.

Shafaqadogru.com  xəbər veri ki, hazırda Ermənistan ordusunda böyük ruh düşkünlüyü var, şəxsi heyət çatışmır, gənclər hərbi xidmətdən kütləvi şəkildə yayınır. 

Düşmən ölkə məcburiyyət qarşısında qalıb əli silah tutan qocaları zorla cəbhəyə yollayır.

Sosial şəbəkələrin erməni istifadəçiləri tərəfindən yayılan fotolar bu faktı bir daha təsdiq edir. Həmin fotolarda yaşlı ermənilərin əlində silah səngərdə xidmət etdiyi açıq-aydın görünür.