Şəfəqə Doğru » Gündəm » Paşinyandan erməni xalqına müharibə ÇAĞIRIŞI: “Sona qədər dirənəcəyik”

Paşinyandan erməni xalqına müharibə ÇAĞIRIŞI: “Sona qədər dirənəcəyik”

Paşinyandan erməni xalqına müharibə ÇAĞIRIŞI: “Sona qədər dirənəcəyik”

Ermənistan baş naziri Nikol Paşinyan erməni xalqına müraciət edib. 

Shafaqadogru.com Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, Qarabağ ətrafındakı 7 rayonu Azərbaycana qaytarmaq barədə təklifləri qəbul etmədiyini açıqalayıb. 

"Azərbaycan addım-addım qarşımıza şərt qoydu ki, öncə 5, sonra isə 2 rayonu onlara qaytaraq, sonda Qarabağı sülh müqabilində qaytarmalı idik. Bizim hökumətimiz bundan imtina etdi, bu bizim üçün qəbuledilməz idi”. 

 

Ermənistanın hökumət rəhbəri cəbhənin həm şimal, həm də cənub istiqamətində geri çəkildiklərinin və döyüşlər zamanı ciddi itkilər verdiyini etiraf edib.

"Mən bunları sizin aranızda vahimə yaratmaq üçün demirəm. Düşmən son vaxtlar döyüş taktikasını dəyişərək arxa xəttimizə daxil ola bilib".

 

Nikol Paşinyan döyüşlərdə ağır itkilər vermələrinə baxmayaraq, Qarabağın heç bir ərazisinin Azərbaycana qaytarılmayacağını söyləyib.


"Biz sona qədər dirənəcəyik. Heç bir ərazi Azərbaycana qaytarılmayacaq. Sona qədər müharibə” – deyə Paşinyan çıxışını yekunlaşdırıb.