Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Qubadlı rayonu ərazisindən atdığı əməliyyat-taktiki raket Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində partlayıb.
Shafaqadogru.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, dinc sakinlərə və mülki obyektlərə zərər dəyməyib.