Şəfəqə Doğru » Gündəm » Ermənilərdən daha bir PKK taktikasi -Cəbhə bölgəsinə rus bayraqları sancdılar-FOTO

Ermənilərdən daha bir PKK taktikasi -Cəbhə bölgəsinə rus bayraqları sancdılar-FOTO

Ermənilərdən daha bir PKK taktikasi -Cəbhə bölgəsinə rus bayraqları sancdılar-FOTO
Dağlıq Qarabağda ağır məğlubiyyətə uğrayan düşmən yenə PKK taktikasına əl atdı.
Shafaqadogru.com xəbər verir ki, ermənilər bu dəfə özlərini müdafiə etmək məqsədilə cəbhəyə rus bayraqları sancıblar. Bildirilir ki, bu cür taktikanı vaxtilə terror təşkilatı PKK özünü qorumaq üçün Afrində Türkiyəylə sərhəddə həyata keçirib.

Azərbaycan Ordusu otuz ilə yaxındır ki, işğal altında qalan torpaqlarını uğurlu əks-hücum əməliyyatı ilə azad edir. Bu günə kimi artıq 103 yaşayış məntəqəsi düşmən işğalından azad edilib. Döyüşlərdə ağır itkilər verən və türk dronları qarşısında dayana bilməyən düşmən ordusu isə terror təşkilatlarının taktikasından istifadə etməyə başlayıb.

Qeyd edək ki, düşmən bir müddət öncə isə səngərlərə cansız mankenlər qoymuşdu.

Vasif Əlihüseyn