Şəfəqə Doğru » Gündəm » Azərbaycan Ordusu Şuşa və Laçın dəhlizi istiqamətində üstünlüyünü qoruyur - Aleksey Ramm

Azərbaycan Ordusu Şuşa və Laçın dəhlizi istiqamətində üstünlüyünü qoruyur - Aleksey Ramm

Azərbaycan Ordusu Şuşa və Laçın dəhlizi istiqamətində üstünlüyünü qoruyur - Aleksey Ramm
"Çox güman ki, Dağlıq Qarabağla bağlı plan Azərbaycan Silahlı Qüvvələri tərəfindən 2016-ci il döyüşlərindən sonra hazırlanıb".

"MediaPost" xəbər verir ki, bu barədə Azərbaycan və Ermənistan arasında gedən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışan hərbi ekspert Aleksey Ramm "Независимая" qəzetinə bildirib.

"Bakı Dağlıq Qarabağda yerləşən silahlı qüvvələrin əsas zəifliyini mükəmməl şəkildə anlayıb. Bu səbəblə də hərbi əməliyyatların ilk mərhələsində bütün cəhbə xətti boyunca əks-hücuma keçməyi planlaşdırdı. Burada əsas məqsəd silahlı qüvvələrin bölgədən çıxmasını təmin etmək və qruplaşmaların cənubda möhkəmlənməsinin qarşısını almaqdır. Azərbaycan Ordusu Şuşa və Laçın dəhlizi istiqamətində üstünlüyünü qoruyur. Əgər sözügedən ərazilər Azərbaycanın nəzarəti altına keçsə, Ermənistan Qarabağdan tamamilə qopacaq", - deyə ekspert qeyd edib.

Bununla yanaşı, o, Azərbaycanın pualar vasitəsilə bölgədəki hava sahəsinə tam nəzarət etdiyini də söyləyib.