Şəfəqə Doğru » Gündəm » Paşinyan 6 ay möhlət istəyir: Gələn ilin iyun ayına qədər... - Şərh

Paşinyan 6 ay möhlət istəyir: Gələn ilin iyun ayına qədər... - Şərh

Paşinyan 6 ay möhlət istəyir: Gələn ilin iyun ayına qədər... - Şərh
Napoleon Bonapartın belə bir fikiri var ki, qaliblərin müttəfiqləri çox, məğlublar isə yetim olar. Napoleon məntiqi ilə məğlub Nikol Paşinyanın ətrafında yarpaq tökümü başlayıb. Bütün müttəfiqləri ondan üz döndərir. Küçədən hakimiyyətə birgə gəldikləri qüvvələr ondan uzaqlaşır. Paşinyan gecə-gündüz düşünür ki, məğlubiyyətin səbəblərini cəmiyyətə necə izah etsin. Kaputilyasiyaya necə imza atdığını şərh etməyə çalışır. Bu isə erməni cəmiyyətində qəbul olunmur.

Shafaqadogru.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Elman Nəsirov bildirib.

Deputat deyib ki, Nikol Paşinyan erməni cəmiyyətindən 6 ay möhlət istəyir: "2021-ci il iyunun axırlarında hesabat verəcəyi, məsələlərin həllinə nail olacağı ilə bağlı fikirlər səsləndirir. Vəd edir ki, Qarabağla və onun statusu ilə bağlı ciddi fəaliyyət göstərəcək. ATƏT-in Minsk Qrupunun fəaliyyəti bağlı fikir bildirir. Erməni xalqının sosial rifahlı ilə bağlı vədlər verir. Kadr islahatları, hökümət tərkibini 80 faiz dəyişəcəyi ilə bağlı açıqlamaları ona qarşı hiddəti səngitmir.

Ermənistanda erkən parlament seçkiləri müzakirə olunur. Paşinyan isə isefaya getməyəcəyini bəyan edib”.

Elman Nəsirov hazırda Ermənistan daxilində siyasi kataklizmlərin baş verdiyini söləyib: "Paşinyan siyasi oppenenlərini istintaqa cəlb edir. Müxalifətə qarşı repressiyalar başlayıb. Hadisələr Ermənistan üçün yeni inqilabı qaçılmaz edir. Saray çevrilişinin olacağı labüddür. Hazırda Ermənistanda məğlub dövlətin çalarları yaşanır. Paşinyandan sonra kimlərin hakimiyyətə gələcəyi məsələsi aktualdır.

Hansısa acıqlı başlarda hakimiyyəti götürəcəkləri, 10 noyabr kaputulyasiyasına yenidən baxacaqları fikirləri dolaşır. Bu fonda Rusiya prezidenti Vladimir Putinin vəziyyətlə bağlı fikirləri diqqətdən yayınmır. Putin bildirir ki, Qarabağ Azərbaycanın tərkib hissəsidir. Ermənistanın razılaşmadan imtina etməsi cəhdi intihara bərabərdir. Bu, kəskin xəbərdarlıqdır. İndiki və gələcək erməni hakimiyyəti üçün ciddi mesajdır.

Vladimir Putin Türkiyənin Qarabağla bağlı addımlarının beynəlxalq hüquqa əsaslandığını bildirib. Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi konkretdir. Hərbi faza bitib. Artıq proseslər siyasi müstəvidə davam edəcək”.teleqraf.com