Şəfəqə Doğru » Gündəm » Tovuzun icra başçısı ilə bağlı ŞOK İDDİA... - Texnikaların Orduya dəstək verməsinə niyə qadağa qoyubmuş...

Tovuzun icra başçısı ilə bağlı ŞOK İDDİA... - Texnikaların Orduya dəstək verməsinə niyə qadağa qoyubmuş...

Tovuzun icra başçısı ilə bağlı ŞOK İDDİA... - Texnikaların Orduya dəstək verməsinə niyə qadağa qoyubmuş...
  Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovla bağlı ilginc informasiyalar yayılıb. DİA.AZ rayondakı qaynaqlara istinadən xəbər verir ki, 44 günlük Vətən Savaşı boyunca bütün Azərbaycan xalqı kimi Tovuz sakinləri də Şanlı Ordumuza dəstək məsələsində əllərindən gələni etsələır də, bu işdə icra başçısının iştirakı nəinki görünmədi, əksinə... icra başçısı Məmməd Məmmədov hətta orduya dəstək olanları belə sıxışdırmaqla məşğuldur.
Tovuzun icra başçısı ilə bağlı ŞOK İDDİA... - Texnikaların Orduya dəstək verməsinə niyə qadağa qoyubmuş...
 

Dia.az-a danışan rayondakə mənbə iddia edir ki, həm 44 günlük Vətən Savaşı ərəfəsində, həm savaş boyunca və həm də savaş sonrası dönəmdə Ordumuza rayondakı kənd təsərrüfatı texnikalarının dəstəyi ehtiyyac olduğundan bu işdə həm sakinlrə və həm də Tovuzun yerli məmurları can-başla yardım etsələr də, bu iş birbaşa olaraq icra başçısının göstərişi ilə əngəllənib.

Mənbə dia.az-a bildirir: "Hətta icra başçısı texnikanı orduya dəstəyə cəlb edənlərə "mənə əkin-biçin lazımdır, ordu yox" deyərək rayonun bütün texnikalarına qadağa qoyub ki, orduya kömək etməsinlər".

İcra başçısının belə "əkin-biçin SEVDALISI" olmasının da sən demə, səbəbi var imiş. Bunu da izah edən mənbə bildirir: "Soradan bəlli olub ki, Məmməd Məmmədov rayonda bütün əkin-biçinə şərikdir. Yəni adam texnikaları şəxsi məqsədi üçün işlədirmiş..."

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...