Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevə koronavirus əleyhinə peyvənd vurulub.
"Qafqazinfo” xəbər verir ki, nazir Bakı Sağlamlıq Mərkəzində vaksinasiya olunub.
Bu gündən ölkədə start verilən Covid-19-a qarşı peyvəndlənmə tədbirlərindən biri də Bakı Sağlamlıq Mərkəzində keçirilir.
"Qafqazinfo” xəbər verir ki, peyvəndlənmə prosesində ilk olaraq səhiyyə naziri, 71 yaşlı Oqtay Şirəliyev iştirak edəcək.
TƏBİB-dən Modern.az-a bildirilib ki, COVİD-19 vaksini Oqtay Şirəliyevdən başqa, ilkin olaraq "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə heyətinin sədri Ramin Bayramlıya da vurulacaq.