Milli Məclisin deputatı Vahid Əhmədov bu il Azərbaycan müstəqilliyinin 30 illiyinin tamam olması münasibətilə hökumətin müəyyən tədbirlər görməsini təklif edib.
Deputat parlamentin bu gün keçirilən çıxışında deyib ki, 2021-ci ilin oktyabrın 18-də müstəqilliklə bağlı Konstitusiya aktının qəbul edilməsinin 30 ili tamam olur: "Biz bu zalda Azərbaycanın müstəqilliyini elan etmişik. 1918-ci ildə Cümhuriyyətimiz 23 ay yaşayıbsa, ancaq indiki Azərbaycan artıq 30 ildir ki, müstəqil dövlətdir. Təklif edirəm ki, 30 illiklə bağlı Azərbaycan dövləti, hökuməti müxtəlif tədbirlər həyata keçirsin. Çünki Azərbaycan artıq ərazi bütövlüyünü də bərpa edib”.