Prezident İlham Əliyev Bakı Slavyan Universitetinin rektorunun vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Nurlana Müzəffər qızı Əliyeva Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən azad edilib.
Qeyd edək ki, N. Əliyeva 2016-cı ildə Bakı Slavyan Universitetinin rektoru vəzifəsinə təyin edilmişdi// qafqazinfo