Xəbər verdiyimiz kimi, aparıcısı Turan İbrahimov olan "Azad Azərbaycan” telekanalındakı "ATV səhər” proqramının yayımı dayandırılıb.
Məlum olduğu kimi, sözügedən verilişin bağlanmasına səbəb T.İbrahimovun efirdə bir-birinin ardınca buraxdığı "ÇP”lər, aparıcının səlahiyyətlərinə və proqramın konsepsiyasına aid olmayan mövzulara toxunması, özünü hamıdan ağıllı göstərməsi, hakimiyyətin və cəmiyyətin ən müxtəlif şəxslərinə məsləhətlər verərək yol göstərməsi olub. Onun efirdə gündəlik məişətimizdə baş verən sosial-ictimai problemlərə aid hadisələrə lazımından artıq, dəqiqələrlə vaxt həsr edərək guya, problemləri qabartması və hansı məsələnin necə həll olunması ilə bağlı dövlətə və hakimiyyətə "dərs” keçməsi Turan İbrahimova baha başa gəlib. Onun başının girmədiyi yerə burnunu soxması, cisminin efirdən bütövlükdə yoxa çıxması ilə nəticələnib.
Məlumatlara görə, onun vaxtilə ANS-in ardınca ATV-nin efirində də belə dəllallığı nəhayət ki, öz "bəhrə”sini verib. Belə ki, bu adamın televiziyaya heç bir aidiyyatının olmadığı və bundan sonra efirə buraxılmaması ilə bağlı qərar qəbul olunub.
Son günlər sosial şəbəkələrdə onun verilişlərində işlətdiyi mübahisəli məqamlarla bağlı kadrlar yayılmaqdadır. "Qafqazinfo” bu arada Turan İbrahimovun Sumqayıt yolundakı "Qazel” qəzası ilə bağlı müvafiq qurumlara, Baş prokurora, DTX sədrinə, DİN rəhbərinə, bütövlükdə hakimiyyətə keçdiyi "dərs”in əks olunduğu, habelə onun Milli Məclisin deputatları ilə bağlı səsləndirdiyi ağır ifadələrin yer aldığı videomaterialları təqdim edir: