Bu gün Bakı Apelyasiya Məhkəməsində xüsusi təyinatlı vaqondan "Qoca" ləqəbli dustaq Etibar Məmmədov və Əli Ağaminin qaçmasına görə təqsirləndirilən şəxslərin məhkəməsi keçirilib.
Shafaqadogru.com-un verdiyi xəbərə görə, hakim Elmar Rəhimovun icraatında olan prosesdə elan olunan qərara əsasən müğənni Fədayə Laçının cəzası 2 ilə endirilib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müğənni Fədayə Laçın 5 il azadlıqdan məhrum edilmişdi.
Etibar Məmmədov isə keçirilən əməliyyat zamanı məhv edilib.
Xatırladaq ki, F. Laçın 2017-ci il oktyabrın 30-da həbs olunub. Beləliklə, müğənninin iki illik həbs cəzası gələn ay başa çatır.