Şəfəqə Doğru » Naxçıvanda 71 nəfərdə koronavirus çıxıb, 1 nəfər virusdan vəfat edib

Naxçıvanda 71 nəfərdə koronavirus çıxıb, 1 nəfər virusdan vəfat edib

Naxçıvanda 71 nəfərdə koronavirus çıxıb, 1 nəfər virusdan vəfat edib

"Ölkəmizdə tətbiq olunan karantin rejiminə uyğun olaraq 1915 nəfər Naxçıvan Muxtar Respublikasında nəzarətdə saxlanılır. Onlardan 229-u ölkəmizin digər bölgələrindən olan və muxtar respublikaya gələn şəxslərdir".

Bu barədə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu günə qədər 880 şübhəli şəxsdə test yoxlamaları aparılıb: "Təkrar test yoxlamalarının nəticələrinə əsasən 71 nəfərdə koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. 1 nəfər sağalaraq evə buraxılıb, 1 nəfər isə vəfat etmişdir. Virus aşkarlanan digər 69 nəfərin müalicələri davam etdirilir. Ağırlaşma halları yoxdur”/mia.az