Şəfəqə Doğru » Paşinyan arzusunu dilə gətirdi: Sülhməramlılar ancaq Rusiyadan olsun..."

Paşinyan arzusunu dilə gətirdi: Sülhməramlılar ancaq Rusiyadan olsun..."

Paşinyan arzusunu dilə gətirdi: Sülhməramlılar ancaq Rusiyadan olsun..."
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya sülhməramlı qüvvələrinin Dağlıq Qarabağa gətirilməsini dəstəkləyib.

Shafaqadogru.com  bildirir "İnterfax”-a müsahibəsində Paşinyan deyib ki, münaqişə bölgəsinə gələn sülhməramlı qüvvələr yalnız ruslar olmalıdır.

"Bizim üçün sülhməramlıların gətirilməsi məqbuldur. Azərbaycanla bu məsələdə baxışlarımız üst-üstə düşmür. Əgər kompromislərdən danışırıqsa burada kompromis versiya rus sülhməramlılarının iştirakı ola bilər. Rusiyanın həm Azərbaycanla həm də Ermənistanla yaxşı əlaqələri var. Regionun digər ölkələrinin rəyi ilə də hesablaşmaq vacibdir. Mühüm olan məsələ odur ki, sülhməramlı qüvvələr regionda sabitlik yaratsınlar”.