Şəfəqə Doğru » Gündəm » Ərdoğan ikinci dəfə peyvənd olundu

Ərdoğan ikinci dəfə peyvənd olundu

Ərdoğan ikinci dəfə peyvənd olundu
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirus peyvəndinin ikinci dozasını vurdurub.

Shafaqadogru.com  xəbər verir ki, Türkiyədə artıq "CoronaVac" peyvəndinin ikinci dozası vurulmağa başlayıb. Türkiyədə səhiyyə işçiləri ilə birlikdə peyvəndi ilk vurduranlardan biri olan ölkə başçısı Rəcəb Tayyib Ərdoğan peyvəndin ikinci dozasını da vurdurduğunu açıqlayıb.

Bununla bağlı "Telegram" sosial şəbəkəsində paylaşım edən Ərdoğan "Qısa zaman ərzində bütün vətəndaşlarımızın peyvəndlənməsini hədəfləyirik",-deyib.

Qeyd edək ki, bu gün MHP sədri Dövlət Baxçalı da koronavirus peyvəndinin ikinci dozasını vurdurub.