Bir neçə gün əvvəl prezidentin nazirlərin toplantısında təsərrüfat əhəmiyyətli torpaqların ayrı-ayrı məmurlar arasında bölüşdürülməsilə bağlı səsləndirdiyi faktlar üzrə müvafiq dövlət qurumlarının hərəkətə keçdiyi haqda xəbər vermişdik. Bununla bağlı DİA.AZ-a yeni məlumat daxil olub.
Mötəbər mənbə iddia edir ki, paytaxta yaxın rayonların birində nüfuzlu dövlət məmuruna məxsus 100 hektarlıq əkinə yararlı torpaq sahəsi dövlətə qaytarılıb.
Mənbə dia.az-a açıqlamasında iddia edir ki, həmin torpaq sahibi hazırda nazir postunda əyləşib və onun yaxınlarına məxsus bundan əlavə daha bir neçə rayona üst-üstə 200 hektara yaxın torpaq sahəsinin olduğu da bəllidir.
Qeyd edək ki, dövlətin əkinə yararlı toqpaq sahələri məhz ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sabiq sədri Qərib Məmmədovun dövründə qanunsuz olaraq ayrı-ayrı məmurlar arasında bölüşdürlüb.
Son məlumatlarda bildirilir ki, həmçinin daha bir neçə məmurla bağlı da anoloji addımın atılması nəzərdə tutulub.