Şəfəqə Doğru » Gündəm » Rusiya sosial şəbəkələri qadağan edəcəkmi ?

Rusiya sosial şəbəkələri qadağan edəcəkmi ?

Rusiya sosial şəbəkələri qadağan edəcəkmi ?
Rusiya hökumətinin başda Tvitter olmaqla 3 sosial şəbəkəyə yönəlmiş qınaqları son zamanlar kəskinləşməyə başlayıb. Bloqqer siyasətçi Aleksey Navalnının əvvəl zəhərlənməsi, sonra həbs edilməsiylə bu şəbəkələrdə diskussiyaların daha da fəallaşması, görünür ki Moskvanı narahat edir. Buna görə də rus hökumət adamlarının müxtəlif səviyyələrdə Tvitteri qınaması, bəhanələr uyudurub tənqidlər yağdırması günbəgün çoxalır. Hətta bəzi rus siyasətçilər adıçəkilən sosial şəbəkələri "gəncləri intihara təşviq etməkdə və narkotik maddələrə həvəsləndirməkdə" təqsirləndirirlər. Onlar bir çox "qeyri-qanuni" video görüntülərin Tvitterdən silinməsini tələb edirlər və bu sosial şəbəkənin bir çox hallarda bunu etmədiyini vurğulayırlar. Rusiya Prezidentinin sözcüsü Dmitri Peskov isə deyib ki, "özünə hörmət edən heç bir dövlət hansısa şirkətin öz qaydalarını diktə etməsiylə razılaşmaz". 
 
Tvitter isə öz növbəsində Rusiya hökumətinin bu çağırışlarını ictimai müzakirələrin boğulması təşəbbüsü kimi qiymətləndirib və ona yönəldilən ittihamları rədd edib.