Shafaqadogru.com xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Xocalı hava limanında keçirilən təlimə 400-dək rus hərbçisi cəlb olunub.
"Təntənəli yürüş üçün məşqlərdə Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinin əsasını təşkil edən Mərkəzi Hərbi Dairənin 15-ci əlahiddə moto-atıcı briqadasının (sülhməramlı) şəxsi heyəti iştirak edirlər. Bundan əlavə, Humanitar Reaksiya Mərkəzinin bölmələri, hərbi polis, xüsusi təyinatlı tibbi hissə, Rusiya sülhməramlı kontingentinin komanda qrupu, eləcə də maddi-texniki dəstək bölmələri də məşqlərə cəlb olunur.
Zəfərin 76-cı ildönümü günü - 9 May 2021-ci il tarixində təntənəli yürüşdə hər biri 45 hərbçidən ibarət 10-a qədər hərbi "qutu”nun iştirak edəcəyi planlaşdırılır” – xəbərdə belə deyilir.
P.S....
